Azərbaycanın iki gimnastı Dünya Kubokunda qızıl medal qazanıb

  • 02 İyn - 2019

Azərbaycanın idman gimnastları Sloveniyanın Koper şəhərində “Challenge” seriyasına aid Dünya Kubokunda 2 medal qazanıblar. 

Məlumata görə, Marina Nekrasova və Nikita Simonov iki qızıl medala sahib olublar. Beləliklə, “Bonifika” idman arenasında bir gündə iki dəfə Dövlət Himni səsləndirilib. 

Nekrasova dayaqlı tullanma ilə hərəkətlərinə görə 14.475 xal, Simonov isə halqalarla çıxışda 14.600 xal toplayıblar.


Oxunma sayı: 187

Oxşar yazılar