Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bölgələrə yağış, dolu yağacaq

  • 16:00 - 02 İyun

Sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən bululdlu, yağmursuz olacaq. Səhər bəzi yerlərdə zəif duman gözlənilir, cənub küləyi gündüz arabir güclənəcək.

Avropa.info Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, havanın temperaturu gecə 19-24° isti, gündüz 29-33° isti, Bakıda gecə 21-23° isti, gündüz 31-33° isti təşkil edəcək.

Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 40-50 % olacaq.

Azərbaycanın rayonlarında gözlənilən hava şəraitinə gəlincə, hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

Havanın temperaturu gecə 17-22° isti, gündüz 31-36° isti, dağlarda gecə 11-16° isti, gündüz 20-25° isti təşkil edəcək.


Oxunma sayı: 5500

Oxşar yazılar