London meri Trampı faşist adlandırdı

  • 15:40 - 02 İyun

London meri Sadiq Xan ABŞ Prezidenti Donald Trampı faşist adlandırıb.

Bu barədə “Qardian” nəşri yazıb.

“Tramp tərəfdarlarını birləşdirmək üçün eynilə XX əsrdəki faşistlərin dili ilə danışır. Prezident Donald Tramp getdikcə böyüyən qlobal təhdidin sadəcə parlaq nümunələrindən biridir” – Xan deyib.

O, ultrasağçıların bütün dünyada populyarlıq qazandığını və bunun Böyük Britaniya demokratiyası üçün təhdid olduğunu söyləyib.

 

axar.az


Oxunma sayı: 5390

Oxşar yazılar