Rusiyada döyüş sursatları hazırlanan zavodda güclü partlayış: yaralı sayı 79-a çatdı

  • 22:48 - 01 İyun

Rusiyanın Nijniy Novqorod vilayətinin Dzerjinsk şəhərində yerləşən “Kristall” zavodundakı partlayışda xəsarət alanların sayı 79-a çatıb. 

Bu barədə gazeta.ru saytı məlumat yayıb. 

Bildirilir ki, hazırda xəstəxanalarda 15 nəfər yaralı var. Onlardan birinin vəziyyəti ağır, digərlərininki orta-ağırdır. 

*   *   *18:23 

Rusiyanın Nijeqorod vilayətinin Dzerjinski şəhərində yerləşən “Kristall” zavodundakı partlayışda xəsarət alanların sayı 38-ə çatıb. 

Bu barədə TASS agentliyinə Rusiya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. 

Qeyd edilib ki, yaralılardan 25-nin vəziyyəti orta-ağırdır. Yaralılar arasında zavod işçilərindən başqa, yerli sakinlər də var. 

Yaralıların sayının artacağı ehtimal edilir. 

*   *   *14:38 

Rusiyanın Nijeqorod vilayətinin Dzerjinski şəhərində güclü partlayış olub. 

RİA Novosti xəbər verir ki, hadisə şəhərin qərb hissəsində, “Kristall” zavodunun trotil istehsalı sexində baş verib. 

Partlayış zamanı 19 nəfər xəsarət alıb. Nijeqorod hakimiyyəti nümayəndəsinin  sözlərinə görə, yaralananların xəsarətləri yüngün və orta ağırdır. Bütün yaralılara tibbi yardım göstərilib 

Partlayışın miqyası və səbəbi dəqiqləşdirilir. 

Qeyd edək ki, trotil döyüş sursatlarının hazırlanmasında əsas komponent kimi istifadə olunan partlayıcı maddədir. 
 


Oxunma sayı: 5137

Oxşar yazılar