Məşhur futbolçu avtomobil qəzasında ölüb

  • 01 İyn - 2019

İspaniya milli komandasının sabiq futbolçusu Xose Antonio Reyes avtomobil qəzasında ölüb. 

Bu barədə onun sabiq klubu "Sevilya"nın rəsmi "Twitter" hesabında məlumat yayılıb. 

35 yaşlı yarımmüdafiəçi avtomobil qəzasında dünyasını dəyişib.  

Qeyd edək ki, Xose Antonio Reyes İngiltərənin "Arsenal", İspaniyanın "Real Madrid" və "Atletiko Madrid" kimi komandalarında da çıxış edib. O, 3 dəfə "Sevilya", iki dəfə isə "Atletiko Madrid"lə Avropa Liqasını qazanıb. Xose Antonio Reyes "Real Madrid" və "Arsenal"la ölkə çempionu olub. 

 

 

report


Oxşar yazılar