Vətəndaşlardan qanunsuz silah-sursat götürülüb

  • 01 İyn - 2019

Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş X.Aslanovdan 1 ədəd nömrəsi silinmiş “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 5 ədəd patron götürülib. 

Daxili İşlər Nazirliyindən Avopa.info-ya verilən məlumata görə, əməliyyatı Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşları keçirib. 

Hacıqabul polisi isə şəhər sakini G.İsrafilovadan silah götürüb. Daxil olan məlumat əsasında Hacıqabul Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində G.İsrafilovanın yaşadığı evə baxış zamanı 1 ədəd müvafiq sənədləri olmayan “Toz-8” markalı tüfəng aşkar edilərək götürülüb. 


Oxşar yazılar