Qoşqar Təhməzli: "Çalışırıq ki, əhalinin sağlamlığı təhdid altında qalmasın"

  • 15:55 - 01 İyun

"Qida Təhlükəsizliyi İnstitutunun nəzdində 21 laborator fəaliyyət göstərir. Bu laboratoriayalardan 6-sı Abşeronda, 15 laboratoriya isə regionlarda yerləşir. Dövri olaraq bütün laborator müayinələrə nümunələr götürülür, ekspertizalar aparılır. Keyfiyyətinə və təhlükəsizlik göstəriciləri şübhəli bilinən məhsulların idxalı zamanı idxalı, istehsal prosesində aşkarlandıqda isə istehsalı qadağan olunur". 

Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib. 

O bildirib ki, keyfiyyətində və təhlükəsizlik göstəricilərində problem olan qidalarla bağlı müvafiq tədbirlər həyata keçirilir: "Mövsümi xarakterli bizim tədbirlər planımız imzalanıb və regional bölmələrimiz artıq həmin tədbirlər planını həyata keçirməkdədir. Biz maksimum çalışırıq ki, havaların isti keçməsi bizim qidaları təhlükəsiz hala salmasın ki, əhalinin sağlamlığı təhdid altında qalmasın".


Oxunma sayı: 12617

Oxşar yazılar