Oyuncaq tapança ilə 2 nəfəri hədələyən şəxs tutulub

  • 01 İyn - 2019

Mayın 30-da Biləcəri qəsəbəsi Y.Hüseynov küçəsində yerləşən mağazaya gəlmiş naməlum şəxs xuliqanlıq zəminində orada satıcı işləyən Abşeron rayon sakini E.Əhmədovu və müştəri qismində olan paytaxt sakini E.Əsgərovu tapançaya bənzər əşya ilə öldürəcəyi ilə hədələyib.  

Avropa.info DİN-in saytına istinadən xəbər verir ki, Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən qəsəbə sakini, əvvəllər məhkum olunmuş R.Rəsulov saxlanılıb və evinə baxış zamanı 1 ədəd oyuncaq tapança aşkar olunaraq götürülüb. 


Oxşar yazılar