İşğal edilmiş Qarabağda erməni klanları arasında silahlı mübarizə : Samvel Babayan güllələndi

  • 31 May - 2019

Qondarma "Dağlıq Qarabağ respublikası"nda 2020-ci ildə keçirilməsi planlaşdırılan “prezident seçkiləri”ndə əsas namizədlərdən hesab edilən keçmiş “müdafiə naziri” Samvel Babayan və tərəfdarlarının yolu kəsilərək atəş açılıb.

Avropa.info xəbər verir ki, bu barədə Samvel Babayanın ofisindən informasiya yayılıb.

“29 may tarixində, təxminən saat 03:30 radələrində Sevan-Martuni yolunda Samvel Babayan və tərəfdarları qarabağlılardan ibarət dəstə tərəfindən təqib edilib. Onların yolu kəsilərək atəş açılıb. Videokameralar yolun bu hissəsində sözügedən dəstənin hərəkətlərini qeydə alıbdır”, - bəyanatda bildirilib.

Bəyanatda, söhbətin Qarabağ separatçılarının keçmiş “baş naziri” Araik Arutyunyanın himayədarlıq etdiyi dəstə - Aleksey Balayan, Roland Aydinyan və Qriqor Mirzoyandan getdiyi vurğulanıb.

Qeyd edək ki, Samvel Babayan və Araik Artunyan 2020-ci ildə qondarma "respublika"da keçiriləcək "seçkilər"də əsas namizədlərdən hesab edilir. 

Dağlıq Qarabağda keçiriləcək “prezident seçkiləri”ndə xuntanın liderliyi uğrunda mübarizə üç nəfər arasında olacaq. Onlar qarabağlı ermənilərin silahlı dəstələrinin sabiq “komandan”ı Samvel Babayan, sabiq “ baş nazir” Araik Harutyunyan və “general” Vitali Balasanyandır. Bu da hakimiyyət uğrunda gedən klanlar arası mübarizənin normal rəqabət formasında deyil, daha çox silahlı mübarizə şəraitində gedəcəyinə işarə edir.

Arkadi Qukasyanın dönəmində iki dəfə həbsdə yatmış S. Babayan həm qarabağlıların "liderləri"nə, həm də N. Paşinyana nifrət edir. A.Harutyunyan özünü “Paşinyanın adamı” kimi qələmə versə də, onun hansı klana  mənsub olduğu hələ də tam olaraq bilinmir. V.Balasanyan isə birmənalı olaraq keçmiş prezident R.Köçəryanın adamı kimi tanınır.


Oxşar yazılar