Həmsədrlər: "Cəbhə xəttindəki son itkilərdən narahatıq!"

  • 30 May - 2019

ATƏT-in Minsk qrupu həmsədrləri son itkilərdən dərin narahatlıqlarını ifadə ediblər.

ONA-nın məlumatına görə, bu barədə ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfərlərinin yekununa dair bəyanatında deyilir.

Bildirilir ki, həmsədrlər tərəfləri eskalasiyadan yayınmaq üçün maksimum səy göstərməyə çağırıblar.

Qeyd edək ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin respublikamızda səfərdə olduğu bir vaxtda, mayın 30-da səhər saatlarında cəbhənin Ağdam rayonu istiqamətində düşmən tərəfindən açılan snayper atəşindən Azərbaycan Ordusunun hərbi qulluqçusu Omarov Aqil Akif oğlu şəhid olub.

ATƏT-in Minsk qrupu həmsədrləri İqor Popov (Rusiya Federasiyası), Stefan Viskonti (Fransa), Endrü Şofer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik mayın 27-də Ermənistana səfər ediblər.


Oxşar yazılar