Ağ Evin yanında özünü yandıran şəxs xəstəxanada vəfat edib

  • 30 May - 2019

Ağ Evin yanında yerləşən Eclipse parkında özünü yandıran şəxs bu gün xəstəxanada vəfat edib.

Otuz üç yaşlı Arnav Qupta mayın 29-da Merilend ştatının Montgomeri dairəsinin polis departamenti tərəfindən itkin şəxslər siyahısına daxil edilmişdi.

Ağ Evə bitişik olan parkın təhlükəsizliyinə baxan Milli Park Xidməti və ABŞ Park Polisi əməkdaşları özünü yandıran Arnav Quptaya hadisə yerində ilk yardım göstərmişdilər. Zərərçəkmiş şəxs dərhal xəstəxanaya çatdırılsa da, aldığı yaralardan xəstəxanada vəfat edib.

Arnav Quptanın özünə qəsd etməsinin səbəbləri açıqlanmayıb.


Oxşar yazılar