Gürcüstanda dollar bahalaşır

  • 17:55 - 30 May

Gürcüstanda ABŞ dollarının mili valyuta olan lariyə münasibətdə bahalaşması psixoloji həddi keçib.

Gürcüstan Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə əsasən, mayın 31-də 1 ABŞ dolları 2,8023 lari təşkil edəcək.

Bugünkü məzənnə ilə müqayisədə dolların qiymətində 0,0026 lari artım qeydə alınıb.

Yerli ekspertlərin proqnozuna əsasən, dolların bahalaşması ölkədə ilkin tələbat məhsullarının qiymətinin artmasına səbəb olacaq. 

Report


Oxunma sayı: 5280

Oxşar yazılar