Bu il Azərbaycanın təbii qaz istehsalı 20 faiz artacaq - Rövnəq Abdullayev

  • 11:34 - 30 May

Cari ildə Azərbaycanın təbii qaz hasilatı 20 faiz artacaq.

Avropa.info xəbər verir ki, bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayev Bakıda keçirilən 26-cı Beynəlxalq “Xəzər Neft və Qaz” konfransında deyib.

O qeyd edib ki, ötən il ölkədə təbii qaz istehsalının artması nəticəsində idxal tamamilə dayandırılıb. Bu il isə qaz hasilatında 20 faiz artım gözlənilir.


Oxunma sayı: 5764

Oxşar yazılar