31 yaşlı kişini güllələdilər - Bakıya gətirdilər

  • 09:58 - 30 May

Yevlaxda silahlı insident olub

Hadisə gecə Əcəmi kəndi ərazisində baş verib.

Belə ki, ilkin məlumata əsasən, münaqişə zəmnində 1988-ci il təcvəllüdlü rayon sakini Qurbanov Cəmil Tapdıq oğlu silahdan açılan atəşlə ağır bədən xəsarətləri alıb. Yaralı təcili xəstəxanaya çatdırılıb. İlkin yardım göstərildikdən sonra durumunun ağırlığı nəzərə alınaraq paytaxt xəstəxanalarından birinə göndərilib. Hadisənin hansı zəmində baş verdiyi tam məlum deyil.

Faktla bağlı araşdırma aparılır.(ona.az)


Oxunma sayı: 5357

Oxşar yazılar