"Çelsi" Bakıda "Arsenal"ı 4:1 hesabı ilə məğlub edərək Avropa Liqasının qalibi olub

  • 30 May - 2019

Bakı Olimpiya Stadionunda İngiltərənin "Çelsi" və "Arsenal" komandaları arasında final oyunu keçirilib. 

Görüş "zadəganlar"ın böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:1.

***

69-cu dəqiqədə “Arsenal”ın heyətində meydançaya yenicə daxil olmuş Aleks İvebi buraxılmış toplardan birinin əvəzini çıxdı.

Bundan 2 dəqiqə sonra Eden Azar “Çelsi”nin daha bir topunu vurdu – 4:1.

***

64-cü dəqiqədə “Çelsi”nin futbolçusu Eden Azar 11 metrlik cərimə zərbəsindən üçüncü topu “Arsenal”ın qapısından keçirdi.

3:0 “Çelsi” irəlidədir.

***

60-cıı dəqiqədə “Çelsi”nin futbolçusu Pedro Rodriges ikinci topu “Arsenal”ın qapısından keçirdi.

2:0 “Çelsi” irəlidədir.

* * *00:11

 

Oyunun 49-cu dəqiqəsində Olivye Jiru hesabı açdı. “Çelsi” 1:0 hesabı ilə “Arsenal”a qalib gəlir.

***

Oyunu birinci hissəsi başa çatdı. Hələlik hesab açılmayıb.

*   *   *23:00

Bakı Olimpiya Stadionunda UEFA Avropa Liqasının final oyunu başlayıb. 

İngiltərənin “Çelsi” və “Arsenal” komandalarının start heyətləri: 

“Çelsi”: 1. Kepa Arrisabalaqa, 28. Sesar Aspilikueta , 27. Andreas Kristiensen, 30. David Luis, 33. Emerson Palmieri, 17. Mateo Kovaçiç, 5. Jorjinyo, 7. Nqolo Kante, 11. Pedro Rodriqes, 18. Oliviye Jiru, 10.Eden Azar 

“Arsenal”: 1. Petr Çex, 31. Sead Kolaşinats, 6. Loran Koselny, 5. Sokratis Papastatopulos, 18. Naço Monreal, 15. Enzli Meytlend-Naylz, 34. Qranit Caka, 11. Lukas Torreyra, 14. Pyer-Emerik Obameyanq, 10. Mesut Özil, 9. Aleksandr Lyakezett 

 


 


Oxşar yazılar