Bakıda qadın xarici vətəndaşların evini qarət etdi

  • 15:03 - 29 May

Bakıda xarici vətəndaşların kirayə qaldıqları evdən oğurluq olub.

Daxili İşlər Nazirliyindən (DİN) Avropa.info-ya verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin (RPİ) 41-ci Polis Bölməsinə müraciət edən 2 xarici vətəndaş mayın 26-da Badamdar qəsəbəsində kirayədə yaşadıqları evdən onlara məxsus 2 ədəd mobil telefon və 2000 ABŞ dollarının oğurlandığını bildiriblər.

Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb.

Bakı Şəhər Baş Polis İdarəsi və 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Oğuz rayon sakini Ş.Əmirova qısa müddətdə müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.


Oxunma sayı: 6336

Oxşar yazılar