Ruhaninin sabiq müavini arvadını öldürdü

  • 11:39 - 29 May

İranda sabiq prezident müavini və sabiq Tehran bələdiyyəsi sədri Məhəmməd Əli Nəcəfi arvadını öldürüb.

Avropa.info xəbər verir ki, prokuror Məhəmməd Şəhriyari Nəcəfinin arvadını öldürdüyünü etiraf etdiyini deyib. Polisə təslim olan Nəcəfinin arvadını ailədə baş verən anlaşılmazlıqlar səbəbi ilə qətlə yetirdiyi bildirilir.

Ruhaninin komandasına daxil olan sabiq Tehran bələdiyyəsi sədri Məhəmməd Əli Nəcəfinin ikinci arvadı paytaxt Tehranın şimalında Səadət Abad səmtində evində sinəsindən vurularaq öldürülmüşdü.

İranın "İnsafnews" xəbər saytının müxbiri Perisa Salihi hadisə ilə bağlı sosial şəbəkədə yazdığı statusda “Nəcəfinin arvadı dünən "İnsafnews"a zəng etdi və bizə reportaj vermək istədi. Bu gün ofisə gələcəkdi, ancaq həmin gün öldürüldü” deyib.

İranın sabiq prezidenti Əli Əkbər Haşimi Rəfsəncaninin dövründə təhsil naziri işləyən Məhəmməd Əli Nəcəfi bir müddət prezident Ruhaninin müavini işləmiş, daha sonra Tehran bələdiyyəsinin sədri seçilmişdi.


Oxunma sayı: 16060

Oxşar yazılar