General-polkovnik Elçin Quliyev: “Bu divarlar arxasında minlərlə azərbaycanlı məhv edilib”

  • 23:00 - 25 May

1920-1950-ci illərdə rep­res­si­yaya mə­­ruz qal­mış vətəndaşların ümumi sayı 400 min nə­fərdən artıq olub, bundan başqa yarım milyon insan ölkə ərazisindən sürgün ediliblər. 

Virtualaz.org xəbər verir ki, bunu Dövlət Sərhəd Xidmətində “Siyasi qurbanların xatirəsi muzeyi”nin açılış tədbirində çıxış edən Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev deyib. 



Onun sözlərinə görə, 1920-ci ilin may ayından 1921-ci ilin əvvəlinədək “AzÇEKA” kimi tanınan Fövqəladə Komissiyası tərəfindən 40 min soydaşımız öldürülüb. 1934-1938-ci illərdə Daxili İşlər Xalq Ko­missarlığı tərəfindən 80 mindən artıq şəxs güllələnmə cəza­sına məh­­kum edilib. Təkcə 1937-ci ildə Azərbaycanda 22 xalq komis­sarı, 49 rayon partiya komitəsinin katibləri, 29 rayon İcra­iyyə komitə­sinin sədrləri, 57 zavod və mədən di­rek­torları, 95 mühəndis, 110 hərbi qul­luqçu, 207 partiya və həmkarlar ittifaqı işçiləri, 8 professor həbs edil­ib, əksəriyyəti güllə­lən­ib: 

"Ötən əsrin 20-ci illərindən başlayaraq ardıcıl olaraq “AzÇEKA” kimi tanınan Fövqəladə Komissiyanın, “NKVD” adı ilə qorxu və vahimə hissləri oyadan Daxili İşlər Xalq Komissarlığının yerləşdiyi bu binada “Siyasi Repressiya Qurbanları Muzeyi”nin yaradılması tarixin tələbidir. Dahi Öndər Heydər Əliyevin Azərbaycan xüsusi xidmət orqanla­rının tarixində silinməz qara ləkə kimi qiymətləndirdiyi 1920-1950-ci il­lərdə bu qalın divarlar arxasında xalqımızın minlərlə övladlarına “xalq düşməni”, “Vətən xaini” damğası vurularaq, görkəmli ziyalı və mütə­fək­kirlər, elm və mədəniyyət xadimləri fiziki və mənəvi məhvə məruz qal­ıb­lar. Düşünülmüş surətdə təhlü­kəsizlik orqanla­rında, xü­susən də ölüm hökmləri çıxaran üçlüklərin tərkibində yerləşdirdirilən er­məni daşnakları tərəfindən millətimizin qabaqçıl simaları, sözün əsl mə­nasında işıqlı və aydın insanları imperiyanın qaçılmaz ölüm və sür­günlərinə məhkum edilib, neçə-ne­çə nəsillərin ən layiqli nüma­yən­də­ləri yaşayıb-yaratmaq imkanından məhrum olun­ublar".


Oxunma sayı: 6336

Oxşar yazılar