Azərbaycan cüdoçusu Çin Qran-prisinin qalibi olub

  • 21:20 - 25 May

Azərbaycan cüdoçusu Hidayət Heydərov Çində keçirilən Qran-prinin qalibi olub.  

73 kq çəki dərəcəsində mübarizə aparan 22 yaşlı idmançı bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, Yunanıstan, Rusiya, Kanada və İsveç təmsilçilərinin ardından həlledici görüşdə Birləşmiş Ərəb Əmirliklərinin Moldova əsilli cüdoçusu Viktor Skvortsovla qarşılaşlb. Rəqibinə ipponla qalib gələn Heydərov Bakıda keçirilmiş Böyük Dəbilqədən iki həftə sonra daha bir nüfuzlu yarışın baş mükafatını qazanıb.  

Qeyd edək ki, Çində 43 ölkədən 298 cüdoçu mübarizə aparır. Azərbaycan beynəlxalq turnirdə 6 tatami ustası ilə təmsil olunur.


Oxunma sayı: 12562

Oxşar yazılar