Britaniyalıların əksəriyyəti növbədənkənar parlament seçkiləri keçirilməsini istəyir

  • 19:30 - 25 May

Böyük Britaniya vətəndaşlarının əksəriyyəti ölkənin siyasi böhranın ən gərgin vaxtlarını yaşadığını hesab edirlər. Onlar növbədənkənar parlament seçkilərini böhrandan çıxış yolu kimi görürlər.

Bu barədə məlumat Sky News telekanalının keçirdiyi sosioloji sorğunun nəticələrində öz əksini tapıb.

Mayın 24-də aparılan tədqiqat nəticəsində bəlli olub ki, respondentlərin 65 faizi hazırkı vəziyyətin böhran olduğu fikri ilə razıdır. Əks fikirdə olanların sayı isə 37 faiz təşkil edir. Bununla yanaşı, rəyi soruşulan britaniyalıların 54 faizi növbədənkənar parlament seçkiləri elan etməyin vaxtının gəldiyini düşünür, respondentlərin 36 faizi isə bununla razı deyil.

Tədqiqat Böyük Britaniyanın Baş naziri və hakim Mühafizəkar partiyanın lideri Tereza Meyin Brexit prosesini reallaşdıra bilmədiyi üçün iyunun 7-də istefaya gedəcəyini elan etdiyi gün keçirilib. O, torinin yeni lideri seçilənə qədər baş nazir səlahiyyətlərini icra edəcək. Bu proses iyunun 10-da başlayacaq və iyulun sonlarına qədər çəkəcək.

 

 


Oxunma sayı: 10417

Oxşar yazılar