Brüssel polisi insanların gizlin daşınması ilə məşğul olan iki dəstənin üzvlərini həbs edib

  • 18:38 - 25 May

Brüssel polisinin gözlənilmədən keçirdiyi irimiqyaslı reyd nəticəsində iki müxtəlif cinayətkar dəstənin demək olar ki, bütün üzvləri həbs edilib.

Bu cinayətkarlar insanların Fransadan keçməklə Belçikadan Böyük Britaniyaya gizlin daşınması ilə məşğul olurmuş. Tutulanların əksəriyyəti vaxtilə Sudan vətəndaşları olub və Belçikada qeyri-leqal vəziyyətdə yaşayıblar. Onlar öz həmvətənlərini ağırtonnajlı avtomobillərin kuzovunda yerləşdirərək Dumanlı Albiona göndərirdilər. Belə ki, sürücülərin əksəriyyəti onların avtomobillərində qeyri-leqalların olmasından hətta xəbərsiz idilər.

Belçika polisi reydə hazırlığı fransalı həmkarları ilə birgə həyata keçirib.


Oxunma sayı: 4961

Oxşar yazılar