Venesuela Kubaya neft satışını 4 dəfə artırdı

  • 17:45 - 25 May

Venesuela mayda Kubaya neft və neft məhsullarının satışını 4 dəfə artırıb.

Bu məlumatı “S&P Global Platts” agentliyi Venesuelanın PDVSA dövlət şirkətinin sənədlərinə əsasən yayıb.

Məlumata görə, mayın əvvəlindən Kubaya 1,4 milyon barrel neft və neft məhsulu tədarük edib. Bu göstəricinin apreldə 355 min barrel təşkil etdiyi bildirilib.

Qeyd edək ki, ABŞ sanksiyaları ucbatından Venesuela öz neftini beynəlxalq bazarlara çıxara bilmir. Məhz bu sanksiyalar onun Kubaya neft tədarükünü artırıb. Belə ki, Kuba ilə olan razılaşmaya əsasən, Karakas tədarük etdiyi neftin qarşılığında Havanadan müəyyən məhsullar və xidmətlər alır.

 

 

axar.az


Oxunma sayı: 5357

Oxşar yazılar