Kənd Təsərrüfatı naziri Lənkəranda vətəndaşları qəbul edəcək

  • 17:28 - 25 May

Kənd Təsərrüfatı naziri İnam Kərimov mayın 30-u saat 11:00-da Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Lənkəran və Astara rayonlarının sakinləri ilə görüşəcək.

Kənd Təsərrüfatı Nazirliyindən Avropa.info-ya verilən məlumata görə, mayın 30-u saat 11:00-da Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev Masallı Dövlət Aqrar İnkişaf Mərkəzində Masallı və Yardımlı rayonlarından olan vətəndaşları, Kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov isə Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzində bu rayondan olan vətəndaşları qəbul edəcəklər.

Vətəndaş qəbulunda iştirak etmək istəyənlər Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-205-44-24), Masallı Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-287-12-12) və Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-40852-62) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı mərkəzi” (1652) və elektron poçtu ([email protected]) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.


Oxunma sayı: 3652

Oxşar yazılar