Ermənistanın keçmiş prezidentləri gizli görüş keçiriblər

  • 17:10 - 25 May

“Serj Sarqsyanın bir neçə gün əvvəl zaminə buraxılan Ermənistanın keçmiş prezidenti Robert Koçaryanla görüşdüyü barədə sübut var”. Bunu “Hraparak” qəzeti yazıb.

Bildirilib ki, son günlər Ermənistanın keçmiş hakim Partiyasının ofisində fəallıq müşahidə edilir. Partiyanın sədri, Ermənistanın keçmiş prezidenti Serj Sarqsyan gecədən keçənədək ofisdə oturub partiyadaşlarını qəbul edir.

Qəzetin müxbiri partiyanın təmsilçisi Vaqram Baqdasaryandan soruşub: “Respublikaçılar Partiyasının üzvlərindən Robert Koçaryanla görüşən olubmu?”

O, təmsil etdiyi partiyadan Koçaryanla görüşənin olmadığını söyləyib. “Qraparak” isə Sarqsyanla Koçaryanın görüşdüyü barədə məlumatlarının olduğunu yazıb: “Yeri gəlmişkən, Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanla Serj Sarqsyanın mütəmadi olaraq görüşdükləri barədə məlumat var. Ancaq hələ bunu təsdiqləyə bilməmişik”.


Oxunma sayı: 4609

Oxşar yazılar