Növbəti üç gün üçün hava proqnozu açıqlanıb

  • 16:52 - 25 May

Azərbaycanda 3 gün ərzində gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, respublikanın rayonlarında mayın 26, 27 və 28-də hava şəraitinin dəyişkən olacağı gözlənilir.

May ayının 29-dək əsasən gecə və axşam saatlarında şımşək çaxacağı, lokal leysan xarakterli yağış yağacağı, bəzi dağlıq və dağətəyi rayonlarda dolu düşəcəyi ehtimalı var. Qərb küləyi arabir güclənəcək. Çaylarda sululuğun artacağı gözlənilir.

Havanın temperaturu gecə 15-20° isti, gündüz 28-33° isti, dağlarda gecə 9-14° isti, gündüz 15-20° isti təşkil edəcək.


Oxunma sayı: 4345

Oxşar yazılar