ABŞ-a məxsus hərbi helikopter Əfqanıstanın cənubunda sərt eniş edib

  • 16:35 - 25 May

ABŞ Silahlı Qüvvələrinə məxsus hərbi helikopter Əfqanıstanın cənubunda yerləşən Hilmənd əyalətində sərt eniş edib.

NATO-nun Əfqanıstandakı missiyasının nümayəndəsi polkovnik Devid Batler insident nəticəsində helikopterin göyərtəsindəki sərnişinlərin və ekipaj üzvlərinin xəsarət aldığını deyib. Onun sözlərinə görə, sərt enişə düşmənin açdığı atəş deyil, texniki nasazlıq səbəb olub.

ABŞ və müttəfiqləri 2001-ci ildən Əfqanıstanda “Taliban” hərəkatına və digər qruplaşmalara qarşı əməliyyatlara başlayıb. Bu, ABŞ Silahlı Qüvvələri tarixində ən uzun sürən hərbi kampaniya olub. 2018-ci ildə Prezidenti Donald Tramp administrasiyası Əfqanıstan münaqişəsinin nizamlanmasında region ölkələrinin aktiv iştirakını nəzərdə tutan Cənubi Asiyada yeni fəaliyyət strategiyasını təqdim edib.

Bundan başqa, Əfqanıstanda İŞİD və “Əl-Qaidə” kimi qruplaşmaların fəaliyyət göstərməyəcəyi şərti ilə Amerika qoşunlarının ölkədən çıxarılması və ya saylarının xeyli azaldılması imkanları da müzakirə edilir.


Oxunma sayı: 4994

Oxşar yazılar