Əli Əhmədov: "Əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində çox böyük işlər görülüb"

  • 15:07 - 25 May

"Bu gün Azərbaycan dünyada iqtisadiyyatı sürətlə inkişaf edən ölkələrdəndir. Əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində çox böyük işlər görülüb".

Bunu Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi Əli Əhmədov 28 May - Respublika günü münasibəti ilə keçirilən çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranması ilə Azərbaycanın gələcəkdə müstəqillik qazanması üçün baza meydana gəlmiş olub: "Azərbaycan Respublikası AXC-nin varisidir. AXC qurucuları bu gün sağ olsaydılar bugünkü müstəqil Azərbaycanla fəxr edərdilər".

Baş Nazirin müavini qeyd edib ki, Azərbaycanın diplomatik sferada nailiyyətləri qürur duymaq üçün kifayət qədər əsas verir: "Dövlətimiz digər xarici ölkələrdə uğurlu diplomatik əlaqələr qurub. Azərbaycandakı təhlükəsizlik və əmin-amanlıq xüsusi vurğulanmalıdır. Bunu xalqımız da görür. Azərbaycan dünyada sabitlik adası kimi tanınır. Azərbaycan Heydər Əliyev ideyaları əsasında daha da güclənir, ölkəmiz günü-gündən inkişaf edir".

 

 

report


Oxunma sayı: 13134

Oxşar yazılar