ABŞ prezidenti Yaponiyada rəsmi səfərdədir

  • 14:32 - 25 May

ABŞ prezidenti Donald Tramp mayın 25-də Yaponiyaya rəsmi səfər edib.

Səfər mayın 28-dək davam edəcək.

Bu, 1992-ci ildən bəri ABŞ prezidentinin Yaponiyaya ən uzunmüddətli səfəridir. D.Trampın səfərinin əsas hissəsi mayın 27-də başlayacaq. Həmin gün o, Yaponiyanın baş naziri Sindzo Abe və mayın 1-dən taxta oturmuş Yaponiyanın yeni imperatoru Naruxito ilə görüşəcək.

ABŞ prezidentinin səfərinin təhlükəsizliyini Yaponiyanın 25 min polis əməkdaşı təmin edir. 

 

report


Oxunma sayı: 9405

Oxşar yazılar