ABŞ generallarından Trampa məktub: İranla müharibəyə yol vermə

  • 12:14 - 25 May

Amerikanın 70-dən çox yüksəkvəzifəli hərbçisi ABŞ-ın İranla müharibədən yayınması xahişi ilə Trampa məktub yazıblar.

Avropa.info xəbər verirlər ki, hərbçilər regionda gərginliyin azaldılması üçün Trampadan prezident və ali baş komandan kimi səlahiyyətlərindən istifadə etməyə çağırıblar.

“Məqsədli, yaxud təsadüfi İranla müharibə Yaxın Şərqin qeyri-stabil vəziyyətə düşməsinin ağır nəticələri ilə nəticələnəcək və ABŞ-ı nəhəng maliyyə, geosiyasi və humanitar dəyəri olan hərbi münaqişəyə cəlb edəcək” – məktubda deyilir.

Sabiq hərbçilər ABŞ prezidentini İran və ABŞ arasında gərginliyi azaltmağa, diplomatiyadan istifadə etməyə çağırıb.


Oxunma sayı: 4081

Oxşar yazılar