Zelenskinin adamı Ukraynanın Rusiyadan asılılığını etiraf etdi

  • 11:47 - 25 May

Ukrayna hal-hazırda Rusiya ilə iqtisadi əlaqələri dayandıra bilməz.

Avropa.info xəbər verir ki, bu sözləri Vladimir Zelenskinin hökumətdəki nümayəndəsi Andrey Qerus “NewsOne” telekanalının efirində deyib. Rusiya ilə ticarətin dayandırılması ilə bağlı suala cavabında o, ilk növbədə “öz ayağımıza güllə atmamaq” haqda düşünmək lazım olduğunu deyib.

Onun sözlərinə görə, Ukrayna Rusiya mallarının xaricə daşınmasından gəlir əldə edir və daha da güclü olur. Qerus enerji daşınmasından gələn gəlirlər sahəsində Moskvanın payının böyük olduğunu deyib. O, neft məhsullarının belə Ukrayna ilə birbaşa yox, Belarus, Pribaltika yaxud Poşa vasitəsilə daşındığını deyib. 

“Biz qlobal dünyada yaşayırıq və eyni anda iqtisadi əlaqələri dayandırmaq qeyri-leqal və mümkünsüzdür” – Zelenskinin adamı belə deyib.


Oxunma sayı: 9075

Oxşar yazılar