Salyanda faciə: ər-arvad yaralandı

  • 11:39 - 25 May

Salyanda 2 nəfərin xəsarət alması ilə nəticələnən  yol qəzası baş verib.

Avropa.info oxu.az-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Ələt-Astara magistral yolunun 45-ci kilometrliyində rayonun Çuxanlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Bakının Xırdalan qəsəbə sakini, 1966-cı il təvəllüdlü Allahverdiyev Məhərrəm Kamil oğlu idarə etdiyi "VAZ-2106" markalı avtombillə Astara istiqamətində hərəkətdə olarkən qəfil idarəetməni itirib, nəticədə avtomobil aşıb. 

Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü və onun həyat yoldaşı, 1966-cı il təvəllüdlü Allahverdiyeva Sarıtel Məhərrəm qızı  Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.


Oxunma sayı: 3619

Oxşar yazılar