Yaponiyada yanğınsöndürən robot dəstəsi yaradılıb

  • 22:22 - 24 May

Yaponiyada irimiqyaslı yanğınların söndürülməsi üçün yanğınsöndürən robot dəstəsi yaradılıb.

Trend-in məlumatına görə, bu robotlar yanğının daha təhlükəli hissələrində istifadə olunacaq.

Bir dəstəyə dörd kateqoriyadan ibarət robot daxildir. Robotlardan biri pilotsuz uçuş aparatıdır. Bu aparat yanğının xüsusiyyətləri barədə dəqiq məlumatları çatdırır.

Digər robotlar isə dağıntıları təmizləmək üçün ekskavator tipli aparat, eləcə də su şlanqları olan təkərli maşınlardır.

 

Bu cür robotlar hadisə yerinə bir yük maşını vasitəsilə çatdırıla bilər.


Oxunma sayı: 10296

Oxşar yazılar