Pakistanda məsciddə partlayış törədilib

  • 20:55 - 24 May

Pakistanın Kvetta şəhərində məsciddə partlayış törədilib. Partlayış nəticəsində azı iki nəfər ölüb, 25 nəfər yaralanıb.

Partladıcı qurğu minbərin arxasına yerləşdirilib, partlayış namaz vaxtı törədilib.

Bildirilir ki, partlayış zamanı məsciddə 30-40 insan olub.

Partlayışa görə məsuliyyəti hələ ki, heç bir qruplaşma öz üzərinə götürməyib.


Oxunma sayı: 4939

Oxşar yazılar