Azərbaycanlı ailə Almaniyadan deportasiya olunub

  • 20:38 - 24 May

Almaniyanın Magderburg şəhərinə daimi yaşamaq üçün köçmüş azərbaycanlı ailə deportasiya olunub.

Əslən Azərbaycanın Astara rayonundan olan Ukrayna vətəndaşı Əliyev Baloğlan Şirməmməd oğlu həyat yoldaşı və 3 azyaşlı uşaqları ilə birlikdə artıq Berlindən Ukraynaya yola salınıb.

Onların hansı səbəbdən ölkədən çıxarılması açıqlanmayıb.

Azərbaycanlı ailə qərarla bağlı məhkəməyə şikayət etsə də, miqrasiya orqanları onların ölkədə qalmasına imkan verməyib.

 

 


Oxunma sayı: 3509

Oxşar yazılar