Türkiyəni qanunsuz yolla tərk etmək istəyən 29 nəfər saxlanıldı

  • 20:20 - 24 May

Egey dənizinin Türkiyəyə aid hissəsində ölkə ərazisini qanunsuz yollarla tərk etmək istəyən 29 nəfər saxlanılıb.

Çanaqqalla şəhərinin Ayvacık rayonunda sahilə yaxın məsafədə saxlanılan şəxslərin Yunanıstanın Midilli adasına getmək istədikləri bildirilir.

Onlar həkim müayinəsindən keçirildikdən sonra aidiyyəti qurumlara təhvil veriliblər.


Oxunma sayı: 4576

Oxşar yazılar