Koçaryanı azad edən hakim istefa verdi

  • 17:46 - 24 May

Ermənistanın Ali Məhkəmə Şurasının sədri Qaqik Arutyunyan istefa verib.

“Sputnik Ermənistan”nın verdiyi xəbərə görə, o, bir neçə gün öncə sabiq prezident Robert Koçaryanın azadlığa buraxılması ilə bağlı verdiyi qərarı və bundan sonra ölkədə məhkəmələrə qarşı keçirilən aksiyalar fonunda istefa verməli olub. 

Xatırladaq ki, R. Koçaryan 2008-ci ilin 1-2 mart hadisələrinə görə həbs edilmişdi. O, konstitusiya quruluşunu devirməyə cəhddə ittiham olunurdu. 

Eks-prezident sərbəst buraxıldıqdan sonra Baş Nazir Nikol Paşinyanın çağırışı ilə vətəndaşlar bütün məhkəmələrin giriş-çıxışını bağlamış, daha sonra yenə onun çağırışı ilə bloklanmış məhkəmələrə girişi bərpa etmişdilər.


Oxunma sayı: 4994

Oxşar yazılar