Şimali Koreya ABŞ-la nüvə danışıqları aparmaqdan imtina etdi

  • 15:47 - 24 May

Şimali Koreya nüvə silahlanması ilə bağlı ABŞ-la danışıqları bərpa etməkdən imtina edib.

Avropa.info xəbər verir ki, bu barədə Koreya Dövlət Teleqraf Agentliyi məlumat yayıb.

“ABŞ vəziyyətin hazırkı qiymətləndirmə metodunu bir kənara qoymayıb, yeni metod təklif etməyənədək KXDR və ABŞ arasında dialoq heç zaman başlamayacaq” – Şimali Koreya XİN-i bəyan edib.

Pxenyan nüvəsizləşdirmə ilə bağlı vacib addımlar atmasına baxmayaraq, ABŞ-ın bu xoş niyyətə eyni şəkildə cavab vermədiyini deyir. Bundan əlavə amerikan tərəfi Vyetnam paytaxtı Hanoyda aparılan danışıqlardakı uğursuzluğu koreyalıların boynuna qoyur.

KXDR XİN-i ABŞ-a reallıq hissinə qayıdaraq yenidən dialoq aparmağı öyrənməyi məsləhət görüb.


Oxunma sayı: 6281

Oxşar yazılar