İcra Hakimiyyətindən açıqlama: Biləcərinin palçıqlı yolları asfaltlanacaq

  • 15:36 - 24 May

Biləcəri qəsəbəsində yerləşən 6-cı döngə sakinlərinin şikayətindən sonra küçənin bərbad yolları haqda məlumat vermişdik. 

Sakinlər hər il Binəqədi rayon İcra Hakimiyyəti və Biləcəri Bələdiyyəsinə ərizə yazsalar da, bu illər ərzində heç bir köməklik olmadığını bildirmişdilər. 

Məsələ ilə bağlı Binəqədi rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumdan Avropa.info-ya verilən məlumatda bildirildi ki, adıçəkilən ərazidə yenidənqurma işləri planlaşdırılır:

"Biləcəri qəsəbəsinin yollarında "Azəravtoyol" ASC tərəfindən yenidənqurma işləri görr. Asfalt örtüyünün salınması, su və kanalizasiya xəttinin çəkilməsi müəyyən edilmiş plana uyğun olaraq aparılır. Qeyd olunan 6-cı döngə böyük bir ərazini əhatə edir. Bu ünvan da təmir işləri aparılacaq ərazilər planında yer alıb". 

Onu da qeyd edək ki, yenidənqurma işlərinin dəqiq olaraq hansı tarixdə başlayacağı bəlli deyil.


Oxunma sayı: 4741

Oxşar yazılar