ABŞ və İran arasında danışıqlar başlayıb – Küveytli nazir

  • 14:47 - 24 May

Küveyt xarici işlər naziri müavini Xalid əl-Carullah regionda artan gərginliklə bağlı jurnalistlərə açıqlama verib.

Avropa.info xəbər verir ki, Carullah gərginliyin yekunlaşması üçün ABŞ ilə İran arasında dialoqun başladığını bildirib. Vaşinqton ilə Tehran arasında əlaqələrin təşkil olunduğunu deyib. Oman xarici işlər naziri Yusif ibn Ələvinin İranda bəzi görüşlər keçirdiyini qeyd edən Carullah regionda sağlam düşüncənin qalib gələcəyinə inandığını bildirib.

Regionun qarşıdurmadan təmizlənəcəyini deyən küveytli rəsmi optimistliyinin səbəbi kimi İran və ABŞ-ın müharibə meylli olmayan bəyanatlarını göstərib.


Oxunma sayı: 4763

Oxşar yazılar