Türkiyə başına 1 milyon 500 min pul qoyulmuş terrorçu həbs olundu - Foto

  • 13:07 - 24 May

Türkiyədə “mavi bülleten”lə axtarılan terror təşkilatı MLKP üzvü Ümid Əmrah Kösə həbs olunub.

Avropa.info xəbər verir ki, “terrorçuluğa görə axtarılanlar” siyahısında başına 1 milyon 500 türk lirəsi qoyulan “Dəniz” kod adlı terrorçu Türkiyə polisinin Mersin şəhərində keçirdiyi əməliyyat zamanı həbs edilib.

Silahlı terror təşkilatına üzv olmaq maddəsi ilə axtarışda olan Kösənin Suriya və İraqın şimalında qərarlaşan terror təşkilatı üzvlərinə sabotaj, bomba hazırlama, silahdan istifadə sahələrində təlim keçdiyi bildirilir.


Oxunma sayı: 6875

Oxşar yazılar