BBC Putini animasiya qəhrəmanına çevirdi

  • 11:51 - 24 May

BBC telekanalı Rusiya prezidenti Putinə oxşayan animasiya qəhrəmanı ilə “Vladimir Putinlə bu gecə” tok-şou proqramını efirə verəcəyini bəyan edib.

Avropa.info xəbər verir ki, "Tonight With Vladimir Putin" adlı proqramın videosu “Azad dünyanın liuderi Vladın yekun qələbəsi” şüarı ilə təqdim olunub. Putinin 3D texnologiyası ilə hazırlanan imicinin efirə gedəcəyi proqram 12 dəqiqə çəkəcək.

Proqramda aparıcılıq edən animasiya qəhrəmanı Putin "heç bir qələbənin ona xoşbəxtlik gətirmədiyi üçün" belə bir proqram hazırladığını deyir.

Real həyatdan qonaq kimi dəvət edilən şəxslərin iştirakı ilə hazırlanan proqramın iki seriyasının çəkildiyi bildirilir.

Hadisəyə münasibət bildirən Kremlin mətbuat katibi Dmitri Peskov prezident Putinin özü haqda çəkilən karikatura və animasiyalarla maraqlanmadığını demişdi.


Oxunma sayı: 4741

Oxşar yazılar