MEK-də “Vikipediya” təlimlərinin yeni mövsümü başlanıb

  • 11:43 - 24 May

AMEA Dilçilik İnstitutunun əməkdaşlarına və Bakı Biznes Və Kooperasiya Kollecinin müəllim-tələbə heyətinə Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının “Vikipediya” Metodik Mərkəzində "Vikipediya" təlimləri keçirilir. 

Təlim iştirakçılarına “Vikipediya”da məqalələrin yaradılması və redaktə olunması qaydaları öyrədilir, eləcə də Vikipediya haqqında baza məlumatlar verilir. 

Təlim zamanı "Viki"-könüllülərə riyaziyyat, iqtisadiyyat, informatika, mexanika fənləri üzrə mövzu seçimi imkanı veriləcək. Əsas məqsəd bu sahədə boşluqların aradan qaldırılmasıdır.


Oxunma sayı: 8987

Oxşar yazılar