BMT İraqda 12 kütləvi qəbiristanlıq ortaya çıxardı

  • 11:25 - 24 May

Türkiyə, İsveç, Almaniya və Səudiyyə Ərəbistanından olan mütəxəssislərin dəstəyi ilə 2018-ci ildə bəri İraqda axtarış aparan BMT heyəti İŞİD-in cinayətləri ilə bağlı “2014-də yezidilərə qarşı hücumlar”, “2016-da Mosulda törədilən cinayətlər”, “2014-də Tikritdə güllələnən iraqlı əsgərlər” adlı hesabatlarını BMT TŞ-ə təqdim edib.

Avropa.info xəbər verir ki, hesabda bu müddət ərzində İraqda 12 kütləvi qəbiristanlıq aşkarlandığı, İŞİD qurbanları və yaxınları ilə görüşlər keçirilərək sübutlar toplandığı qeyd olunub. 

BMT İŞİD-in müharibə cinayəti, bəşəriyyətə qarşı cinayət və soyqırım cinayətlərində ittiham olunması ilə bağlı yığılan sübutları ölkə və məhkəmələrə təqdim etməyə hazır olduğunu bildirib.


Oxunma sayı: 4246

Oxşar yazılar