Pakistan yeni ballistik raketi sınaqdan keçirdi

  • 11:05 - 24 May

Pakistan “Şahin-2” ballistik raketinin uğurlu sınağını keçirdiyini bəyan edib.

Avropa.info xəbər verir ki, bu açıqlama ilə Pakistan ordusunun mətbuat katibi general Asif Qafur çıxış edib. 

“ “Şahin-2” yer-yer ballistik raket sınağımız uğurla nəticələndi. Adi və nüvə başlığı daşıya bilən raketin uçuş məsafəsi 500 kilometrdir. “Şahin-2” Pakistanın ehtiyac duyduğu regional stabillik üçün lazımi gücə malikdir” – Asif Qafur belə deyib.

Raket Ərəbistan dənizindəki hədəfi uğurla vurub. Sınağı yüksəkvəzifəli ordu nümayəndələri izləyib. Baş nazir uğurlu atəş münasibətilə mühəndis və hərbçiləri təbrik edib.

Xatırladaq ki, Pakistan keçən il və bu ilin əvvəli daha uzun məsafəli raketlərin sınağını keçirmişdi. Həmin sınaqlarda “Şahin” və “Qhauri” raketləri sınaqdan keçirilmişdi.


Oxunma sayı: 3905

Oxşar yazılar