Bakı metrosunda telefonu tunelə düşən sərnişindən təhlükəli addım

  • 10:37 - 24 May

Səhər saatlarında Bakı metrosunun “Koroğlu” stansiyasında həyəcanlı anlar yaşanıb.

Avropa.info missiya.az-a istinadla xəbər verir ki, gənc oğlan anidən qatar yoluna düşüb. Hadisə şahidlərinin verdiyi məlumata görə,  sərnişin tunelə qatar stansiyaya çatdığı vaxt düşüb. Amma maşinist qatarı platformaya daxil olmamış saxlayıb.

Hadisəni Metropolitenin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov da təsdiqləyib. Onun sözlərinə görə, sərnişinlərdən birinin telefonu tunelə düşüb:

“Sərnişin telefonunu qatar yolundan götürmək üçün ora düşüb. Həmin şəxs qatar yoluna icazəsiz düşdüyü üçün polisə təhvil verilib”.


Oxunma sayı: 3267

Oxşar yazılar