Əfqanıstanda hava zərbələri nəticəsində daha 14 mülki şəxs ölüb
- 22:20 - 23 May
Əfqanıstanda mayın 20-22-də hava zərbələri nəticəsində 14 dinc sakin ölüb.
Bu barədə BMT-nin Əfqanıstana Yardım Missiyasının (UNAMA) “Twitter”dəki səhifəsində bildirilir.
Məlumata görə, Helmənd və Kunar əyalətlərinə endirilən iki hava zərbəsi nəticəsində ölən 14 nəfər dinc sakin arasında 5 qadın və 7 uşaq da var.
“Tərəflər dinc əhalinin qorunmasına dair öhdəliklərinə riayət etməlidir”, - UNAMA qeyd edib.