Anadolu agentliyinin itkin düşən əməkdaşının cəsədi tapılıb

  • 20:38 - 23 May

Uçuruma yuvarlanaraq itkin düşən Türkiyənin Anadolu agentliyinin əməkdaşı Abdülkadir Nişancının cəsədi tapılıb.

Avropa.info xəbər verir ki, cəsəd Trabzonun Çaykara rayonun ərazisində yerləşən “Drəbaşı HES” gölündə tapılıb.

Qeyd edək ki, Abdülkadir Nişancı Bayburt ilə Trabzon arasında yerləşən Soğanlı Dağındakı yolun qardan təmizlənmə işləri aparılan Derebaşı Virajları bölgəsində çəkiliş apararkən mayın 10-da uçuruma yuvarlanmışdı. Onun axtarışında iştirak edən iki əsgər isə dağ çayında boğularaq ölüb.


Oxunma sayı: 5291

Oxşar yazılar