Qiyamçı general atəşkəs təklifini rədd etdi – Tripoliyə hücum davam edir

  • 15:56 - 23 May

Liviya Milli Ordusunun komandanı Tripoliyə hücumu davam etdirərək, Milli Həmrəylik Hökuməti ilə barışıq bağlamağın mümkün olmayacağını bəyan edib.

Avropa.info xəbər verir ki, Haftar Parisə səfəri zamanı prezident Emmanuel Makronla görüş zamanı atəşkəsin bağlanması və siyasi nizamlama prosesinin başlaması üçün şərtlər görmədiyini açıqlayıb.

Bu ayın əvvəli rəsmi Paris Milli Həmrəylik Hökumətinin başçısı Faiz Səracı qəbul etmişdi. Hər iki tərəfi qəbul edən Makron tərəfləri mülki əhalini qorumağa və dialoqa çağırmışdı.

Xatırladaq ki, general Haftar 4 apreldə Tripoliyə qarşı hücuma başlamışdı.


Oxunma sayı: 4719

Oxşar yazılar