Reuters: Ərdoğanla Tramp yaxın vaxtlarda üz-üzə görüşə bilərlər

  • 14:59 - 23 May

ABŞ prezidenti Donald Tramp yaxın vaxtlarda prezident Rəcəb Tayyib Ərdoğanla üz-üzə görüşə bilər.

Avropa.info xəbər verir ki, bu barədə “Reuters”ə yüksəkvəzifəli türk mənbə məlumat verib. Agentliyin xəbərinə görə, liderlər Türkiyədə, yaxud gələn ay Yaponiyada keçiriləcək G20 zirvəsində görüşə bilərlər. Adının açıqlanmasını istəməyən mənbə Ərdoğanın Trampı Türkiyəyə dəvət etdiyini və Trampın dəvəti qəbul etməsinə dair müsbət siqnallar verib.

“İndi təqvim üzərində işləyirik. Bəzi müsbət siqnallar aldıq, ancaq dəqiq vaxt müəyyən edilməyib. Yaponiyada G20 sammiti çərçivəsində də görüşə bilərlər. İkitərəfli görüş üçün dəqiq tarix gözləyirik” – mənbə deyib.


Oxunma sayı: 9427

Oxşar yazılar