YSK İstanbul Bələdiyyə sədri seçkisini ləğv etməsinin səbəblərini açıqladı

  • 14:32 - 23 May

Türkiyənin seçki orqanı YSK 6 mayda ləğv edilən İstanbul Böyükşəhər Bələdiyyə sədrliyi seçki qərarının səbəblərini açıqlayıb.

Avropa.info xəbər verir ki, araşdırma zamanı 754 qutu başında qanuna zidd olaraq vəzifə tutan şəxslərin bir qisminin pensiyaçı məmur, digər qisminin özəl xəstəxana işçisi, pensiyaçı müəllim, özəl təhsil müəllimi, maliyyə müşaviri, şirkət işçisi, buxalter, karqo işçisi, bank işçisi, vəkil və hüquqi xidmət işçisi, sürücülük kursu işçisi, mühəndis, bir hissəsinin isə işləmədiyi və fərdi şəkildə müraciət etdiyi müəyyən edilib. 

Seçici siyahısında yol verilən səhvlər və qanunazidd detallar səbəbi ilə şübhəli səs sayının 300 mindən çox olduğu, bu səs sayının AKP və CHP namizədlərinin namizədləri arasındakı səs fərqi olan 13742 səsdən olduğu müəyyən edilmişdir. 

Həmçinin 18 məntəqədə səslərin sayılma cədvəlinin olmadığı müəyyən edilib.

İstanbulda seçki məntəqəsi sədrliyi üçün ehtiyac olduğundan 7 dəfə çox dövlət qulluqçusu var. Vəziyyət belə ikən seçki təşkilatlarının mülki şəxsləri məntəqə sədrləri seçməsi seçkinin etibarlılığını ləğv edib. 

Rayon seçki dairələrinin apardığı araşdırma nəticəsində 377 məhdud imkanlı şəxsin səs verdiyi, 6 qutuda ölülərin yerinə səs verildiyi, 41 qutuda həbsdə olan şəxslərin səs verdiyi, 58 qutuda barəsində məhkəmə hökmü olan şəxslərin, 224 əqli məhdudiyyətli şəxsin səs verdiyi müəyyən edilmişdir. Ümumilikdə səsvermə hüququ olmayan 706 nəfər təsbit edilib.

İstanbul miqyasında səslərin sayılması cədvəli olmaya və ya imzasız olan 108 qutuda səs verən seçicilərin ümumi sayı 30 min 281 nəfərdir.

Seçki nəticəsinin müəyyən edilməsində ən vacib ünsürlərdən biri olan səslərin sayılması cədvəlinin 108 qutuda qaydada olmaması seçki nəticəsinin etibarlılığını ciddi formada zədələyir. 

Seçki məntəqə sədrlərinin qanunazidd formada vəzifə alması və bu təşkilatların gördüyü seçki işindəki pozuntular və qanunazidd hallar nəzərə alınaraq seçkinin ləğvi və yenilənməsinə qərar verilib. 

Bundan əlavə qərarnamə ilə vəzifədən azad edilən 6 məntəqə sədri və 3 məsul işçi qanuna zidd olaraq seçki prosesində vəzifə tutub.


Oxunma sayı: 7832

Oxşar yazılar